Artıq bir ildən çoxdur ki, Bakı Zooparkı təmirə bağlanıb. Bunda məqsəd yeni zooparkın dünya standarlarına cavab verməsini təmin etməkdir.
Məlumata görə, yenilənən Zoopark Dünya Akvariumlar və Zooparklar Assosiasiyasının tələblərinə uyğun olacaq. Heyvanların saxlanma yerləri onların təbiətdə yaşadıqları areallara uyğun təşkil olunacaq. Bundan başqa Zooparkda insanlara heyvanlar haqqında məlumatlar vermək üçün bələdçilər olacaq və ərazi əvvəlki ilə müqayisədə daha da genişləndiriləcək. Lakin məlum olduğu kimi, COVİD-19 –un ölkəmizə də təsirsiz ötüşməməsi prosesi bir qədər gecikdirir. Maraqlıdır, mövcud vəziyyətlə əlaqədar maddi problem yaranmayıbmı? Zooloji parka dövlət maliyyə dəstəyi göstərirmi?
Bakı Zooloji parkının direktoru Azər Hüseynovun məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verərək bildirib ki, hazırda maddi problem yoxdur, dövlət tərəfindən maliyyələşmə gedir və heyvanlar yemlə təmin olunur: “Zooloji parkda aparılan yenidənqurma işlərilə əlaqədar heyvanları müvəqqəti sığınacaq yerinə köçürmüşük. Burada artıq bir ildir ki, hevanlar qapalı şəraitdə saxlanılır. Karantinlə əlaqədar Zooloji parkda işçilərin sayı qıtdır. Ancaq çox az miqdarda, yalnız texniki personal, fəhlələr,heyvanlara qulluq edən işçilər işə çıxır. Ünsiyyətdə olmamaq şərtilə onları gətirib-aparırıq. Bunlara xüsusi icazə var. Bakı şəhər Zooloji parkı Bakı şəhər İcra Hakimiyyətinin bir qurumu olduğuna görə onlar verilən arayışla hərəkət edə bilirlər. Lakin gündə 10-12 nəfər nəzərdə tutulub”. Dominos pizza
Həmsöhbətimiz qeyd edib ki, yeni heyvanların gətirilməsi ilə bağlı müqavilələri olsa da, koronavirus səbəbilə hazırda bu prosesi yerinə yetirmək mümkün deyil: “Yeni heyvanların gətirilməsini də biz nəzərdə tutmuşuq,müqavilələrimiz var, ancaq koronavirusun yayılması işimizi bir qədər gecikdirdi. Virusdan sonra sərhədlər açılacaq, biz də heyvanları müqavilə yolu ilə müxtəlif yerlərdən gətirəcəyik. Yeni zooparkda biz bir neçə növ heyvanların olmasını nəzərdə tutmuşduq, yəqin ki, vəziyyət düzəldikdən sonra olacaq. Həmçinin zooparkda işlərin başa çatmasını da gözləyirik. Ölən heyvanlar isə o qədər çox olmayıb. Təbiətə uçan quşlarımız olub. Ququşu , qızıl qazımız uçub. Qanadını vaxtında vurmadığımıza görə uçublar”.
Sayad Həsənli
Telegram kanalımız