Bu gün Belarusda yeni mövsümə start veriləcək.
Yenisabah.az xəbər verir ki, mövsümün ilk oyununda “Minsk”lə BATE qarşılaşacaq. Koronavirusa görə əksər ölkələrdə çempionat dayandırılsa da, Belarusda bununla bağlı hər hansı bir problem yaranmayıb. Belarus Futbol Federasiyasının rəsmi məlumatında bildirilib ki, çempionatı təxirə salmaq üçün ciddi vəziyyət yaranmayıb:
“Ölkədə cəmi 36 nəfər koronavirusa yoluxub. Buna görə çempionatı təxirə salmaq istəmədik. Bu barədə müvafiq qurumlardan xəbər alırıq. Oyunlar azarkeşsiz keçiriləcək”. pizza hut
Qeyd edək ki, UEFA martın 17-də milli federasiyalarla keçirdiyi videokonfransda yerli liqaların dayandırılmasını tövsiyə edib.
Telegram kanalımız