“Arsenal”ın 4 futbolçusu 14 günlük ev karantininə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Futbolçular Avropa Liqasında qarşılaşdıqları “Olimpiakos” klubunun koronavirusa yoluxmuş sahibi Evenqelos Marinakislə əllə görüşüblər. Onlar eyni zamanda, klub rəsmisi ilə söhbət ediblər. Bu səbəbdən London təmsilçisi futbolçuların karantində olmasını əsas bilib. Dördpendirli pizza
Xatırladaq ki, bu gün İngiltərə Premyer Liqası çərçivəsində keçirilməli olan “Mançester Siti” – “Arsenal” matçı təxirə salınıb.
Xatırladaq ki, azarkeşlərin aldığı biletlər matçın keçiriləcəyi gündə keçərli olacaq. Klub bu addımı fanatlara dəyən zərərin qarşısının alınması məqsədi ilə atıb.
Telegram kanalımız