Koronavirusa görə millimizin Qətərlə oyununun yeri dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə millimizin Qətərlə oyununun yeri dəyişdirildi

İdman

09 Mart 2021 10:53 707


Millimizin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Görüş əvvəlcədən açıqlandığı kimi, Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Koronavirus pandemiyasına görə yaranan səyahət məhdudiyyətləri səbəbindən qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda oynanılmasına qərar verib. pizza mizza

Mundialın meydan sahibləri Lüksemburq və İrlandiyanı da bu arenada qəbul edəcək.

Qeyd edək ki, martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!