Koronavirusa görə ölkəmizdə qalan əcnəbilər üçün yeni bölmə yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə ölkəmizdə qalan əcnəbilər üçün yeni bölmə yaradıldı

Sosial

17 Mart 2020 19:45 549


Dövlət Miqrasiya Xidmətinin (DMX) saytında koronavirus epidemologiyası ilə bağlı yeni funksiya yaradılıb.

"Yeni Sabah" xəbər verir ki, bunu DMX-nın rəisi Vüsal Hüseynov "Facebook" hesabından etdiyi canlı yayımda deyib.

V. Hüseynov bildirib ki, koronavirusa görə ölkədə qalma müddəti bitmiş əcnəbi vətəndaşlar komitənin saytında yeni bölməyə daxil ola bilərlər: “Mövcud vəziyyət nəzərə alınaraq, ölkədə qalma müddəti bitən vətəndaşlar üçün müddətin uzadılması məsələsinə Miqrasiya Xidməti müsbət yanaşır. Buna görə də vətəndaşlar ölkədə müvəqqəti qalma müddətinin uzadılması ilə bağlı Miqrasiya Xidmətinə müraciət etsinlər. Eyni zamanda həmin vətəndaşlar sayta daxil olub elektron xidmətlərdə ölkədə müvəqqəti qalma müddətinin uzadılması hissəsinə klik etməlidir. Daha sonra “koronavirusa görə gedə bilmədi” bölməsini seçməlidirlər. Bu vəziyyət Miqrasiya Xidməti tərəfindən nəzərə alınacaq". /APA Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!