"Xetafe" (İspaniya) Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "İnter"lə keçirəcəkləri matç üçün İtaliyaya getməkdən imtina edib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun prezidenti Anxel Torres İspaniya mətbuatına açıqlamasında bildirib.
Klub rəsmisi koronavirusla bağlı vəziyyətin stabilləşməyəcəyi halda İtaliyaya getməyəcəklərini söyləyib: Dördpendirli pizza
“Sağlamlığımızı təhlükəyə atmayacağıq və atmaq fikrimiz də yoxdur. Koronavirusa görə problem yaşamaq istəmirik. UEFA-ya bununla bağlı ərizə yazıb xahiş etmişik. Fikrimcə, ən doğru seçim matçı təxirə salmaq olardı”.
Qeyd edək ki, "İnter" - "Xetafe" matçı martın 12-də, cavab qarşılaşması isə martın 19-na təyin edilib.
Telegram kanalımız