Koronavirusa görə tum çırtlamaq qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə tum çırtlamaq qadağan olundu

Dünya

25 İyul 2020 08:37 1059


İspaniyanın Kaseres vilayətində ictimai yerlərdə tum çırtlamaq qadağan olunub.

Bu barədə "The Local" xəbər yayıb.

Hökumət bu tədbiri koronavirus infeksiyasının yayılması təhlükəsi ilə izah edib. Bildirilir ki, ispanlar tumu çırtlayıb, qabıqlarını yerə tökməyə meyillidirlər və küçənin ortasında topa şəklində "üzəri tüpürcəkli tum qalığı" ilə rastlaşmaq nadir hadisə deyil. pizza mizza

Qadağaya digər yüngül qəlyanaltılar və şirniyyatlar da daxil edilib. Rəsmilərin sözlərinə görə, uşaqlar tez-tez onları bir-biri ilə bölüşür və bununla da, yoluxma ehtimalı artır.

Həmçinin marketdən alınan spirtli içkinin restoran, yaxud barda deyil, elə küçənin ortasında içilməsi də yasaqlanıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!