"Sumqayıt" bu gün qış fasiləsindən dönür.
Yenisabah.az xəbər verir ki, komanda 1 həftəlik istirahətdən sonra doğma məkanda bir araya gəlir.
Amma baş məşqçisiz.Ayxan Abbasov hazırlığın ilk günlərində iştirak etməyəcək. pizza
Səbəb koronavirusdur. 3 həftə öncə xəstəliyə yoluxan gənc çalışdırıcı artıq sağalıb, amma həkimlər hər ehtimala qarşı ehtiyatlı olmağı tapşırıb.
Odur ki, Abbasov daha bir neçə gün müalicəsini davam etdirəcək. O gələnə kimi komandaya nəzarət köməkçisi Elnur Çodarovda olacaq.
Telegram kanalımız