Koronavirusa yoluxan “Çelsi”nin (İngiltərə) futbolçusu Kallum Hadson-Odoi sağalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Frenk Lempard məlumat verib. O, yerli mətbuata açıqlamasında bildirib ki, hücumçu artıq normal vəziyyətə qayıdıb:
“Kallum artıq özünü normal hiss edir. Bu hamının gözlədiyi xəbər idi. Hər kəs bu xəstəliklə mübarizə aparıb sağala bilmir”. Pepperoni pizza
Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirusa görə təxirə salınıb.
Telegram kanalımız