Tanınmış hüquq müdafiəçisi Sahib Mammadov səhhəti ilə bağlı açıqlama yayıb.
Yenisabah.az-ın məlumatına görə, açıqlamada ilk növbədə onun səhhəti ilə maraqlanan, narahatçılıq keçirən, əlindən gələn dəstəyi göstərən bütün şəxslərə təşəkkür edilib. Hüquq müdafiəçisi bu adamların hər birinə minnətdarlıq borcu olduğunu vurğulayıb.
Daha sonra qeyd edib ki, 15 mart tarixindən intensiv müalicə aldığı Bakı Sağlamlıq Mərkəzini tərk edib: Pepperoni pizza
"Yumşaq desək çətin müalicə prosesi keçdim və indi də davam edir. Amma müalicəmi bundan sonra evdə davam etdirəcəm. Buna iki səbəb var. Birincisi səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə, hələlk zənglərinizə də cavab verə bilmirəm.
İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanlara çox ağır xəstələr gəlir. Bəlkə bu yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım. Tibbi personal ciddi və ağır yük altındadır. Mən ilk növbədə həkimlərin və aşağı tibbi heyətin əziyyətini qeyd etmək istəyirəm. Onlar çox əziyyət çəkir. Dövlət tərəfindən bütün tibbi ləvazımat, dərmanlarla təminat yüksək səviyyədədir".
Hüquq müdafiəçisi vəziyyətin acınacaqlı olmasını nəzərə almağı tövsiyə edib:
"Saya fikir verməyin. O test sayından asılıdır. Hazırda yoluxma dekabr ayının pik vaxtına yaxındır. Hər 100 testə təxminən 20 yoluxan. Bu çoxdur. Özünüzü və yaxınlarınızı qoruyun. Yoluxan xəstə var ki, bir aydır nəticəsi neqativdir, amma onu hələ də süni nəfəs aparatından ayırmaq mümkün deyil.
Mənim kimi heç kəs özünü qoruya bilməyəcək. Təəssüf faydası olmadı. Amma cəhd edin. Alternativ yoxdur. Mən birinci vaksini qəbul edəndən 24 gün sonra yoluxdum. Yoluxan andan müalicəyə başlayın. Bu xəstəliyə yoluxan “mən artıq yaxşıyam” deyə bilmir. Normal vəziyyətdə olan biri bir saat sonra artıq reanimasiyada ola bilər. Hər birinizə sağlamlıq arzu edirəm".
Telegram kanalımız