Koronavirusa yoluxan iki məhkum azad olundu   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan iki məhkum azad olundu - RƏSMİ

Kriminal

10 İyul 2020 20:40 1000


Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb.

Ədliyyə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, aparılan kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb:

"Həmin şəxslər də dərhal izolyasiya olunaraq xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır. Marqarita pizza

Virusa yoluxan məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!