Koronavirusa yoluxan müğənninin heykəlini də karantinə aldılar

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan müğənninin heykəlini də karantinə aldılar

Şou

19 Noyabr 2020 16:25 1319


Tanınmış müğənni Aleyna Tilkinin heykəli də karantinə alınıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlayan müğənni ikinci dəfə test verdikdən sonar nəticəsinin mənfi çıxdığını bildirmişdi. 

Müğnninin virusa yoluxma xəbərinə Türkiyədə fəaliyət göstərən "Madam Tussauds" muzeyi reaksiya verib. Belə ki, muzey işçiləri Aleynanın heykəlinə maska taxaraq ziyarətçiləri virusa yoluxmaqdan qoruduqlarını açıqlayıblar: Sezar pizza

"İstanbulun "Madame Tussauds" muzeyinin heyəti adından Aleyna Tilkiyə şəfa diləyirik. Biz muzeyi ziyarət edənlərin təhlükəsizilyi baxımından onun maketini karantinə aldıq. Bilirik muzeyə gələnlər onunla şəkil çəkdirmək istəyir. Hazırda isə bu bir az çətindir. Lakin bu Aleynanın heykəli də olsa, sosial məsafə qaydalarına riayət etmək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!