Koronavirusa yoluxan Nursultan Nazarbayevin son durumu

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan Nursultan Nazarbayevin son durumu

Dünya

20 İyun 2020 19:20 1259


Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün N. Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Tengrinews”a məlumat verib.

“Nursultan Nazarbayev özünü yaxşı hiss edir, xəstəliyi simptomsuz keçirir. Onun temperaturu stabildir. Qazaxıstanın birinci prezidenti həkimlərin nəzarəti altındadır. Həkimlərin bildirdiyinə görə, narahatlıq üçün əsas yoxdur”, - deyə A. Ukibay vurğulayıb. pizza mizza

O qeyd edib ki, N. Nazarbayev distant rejimdə çalışmağa davam edir.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!