Koronavirusa yoluxan Sahib Alıyevin son durumu - Video

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan Sahib Alıyevin son durumu - Video

Siyasət

24 İyun 2020 22:55 1570


Koronavirusa yoluxan millət vəkili Sahib Alıyev səhhətindəki son vəziyyətlə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, deputat infeksiya ilə bağlı ən çətin məqamları geridə qoyduğunu və indi özümü yaxşı hiss etdiyini bildirib. 

"Yeni Klinikada həkimlər hər gün ölüm-dirim savaşı verirlər və xəstələri həyatda saxlamaq üçün fasiləsiz olaraq çalışırlar", -deyə Sahib Alıyev bildirib. Toyuqlu pizza

Deputat virusa harda və necə yoluxduğuna da diqqət çəkib. Millət vəkili infeksiyanın yayılmasının qarşısının alınması üçün marketlərdə nəzarət tədbirlərinin gücləndirilməsinin önəmini də vurğulayıb.

Sahib Alıyev onu da bildirib ki, ölkədə yeni yaradılan tibb müəssisələrinin və səhiyyə sahəsinə uzun müddətdir ki qoyulan investisiyanın hesabına bu gün koronavirusla mübarizədə Azərbaycanın uğurlu təcrübə ortaya qoya bilib. Ancaq deputat COVID 19-a qalib gəlmək üçün bütün cəmiyyətin həmrəy və məsuliyyətli olmasının vacib olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!