Noyabrın əvvəlində koronavirus yoluxan, bu xəstəlik nəticəsində beyin insultu keçirən Qəhrəman Əliyevin sağlıq durumu ağır-sabit olaraq qalmaqdadır.
Yenisabah.az xəbər verir ki, bu barədə sportinfo.az-a məşqçinin qohumları məlumat verib.
Onların sözlərinə görə, Masallıda özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilən mütəxəssis hələ komadan tam ayılmayıb. Bununla belə, onun bədəni müalicə prosesinə bəzən reaksiya verir. Dördpendirli pizza
Həkimlər tanınmış futbol adamının nə vaxt komadan ayılacağını bildirməyiblər. Ola bilsin, proses 1-2 həftə çəksin.
Bu da ola bilər ki, period 6 ayadək davam etsin. Bu, koronavirusun bədəndə əmələ gətirdiyi yaraların hansı müddətdə sağalmasından da asılıdır.
Telegram kanalımız