“Bilirəm ki, mənə görə nigaran qalmısınız. Şükürlər olsun, həkimlərin sayəsində hər şey yaxşıdır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev sosial şəbəkə hesabında yazıb.
Koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan sənətçi 5 gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılıb. 81 yaşlı sənətçi özünütəcridə mənzilində davam edəcək. pizza hut
O, səhhəti barədə açıqlama yayaraq hər şeyin qaydasında olduğunu qeyd edib: “Hər şey yaxşıdır. Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir”.
Telegram kanalımız