Koronavirusa yoluxanların çoxu Bakıdandır -   Ölkə üzrə statistika

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Ölkə üzrə statistika

Sağlamlıq

03 Aprel 2020 21:11 1333


Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, virus aşkarlanan şəxslərin 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Paytaxın digər rayonlarında virusa yoluxanların sayı isə belədir:  Pepperoni pizza

Xətai rayonu - 13,  Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6

Bölgələrə nəzər saldıqda isə, cənub zonasın daha çox yoluxma qeydə alınıb. Lənkəranda və Cəlilabadda müvafiq olaraq 18 və 15 yoluxan şəxs var. Koronavirusa xəstələrinin  98 nəfəri isə ölkə xaricindən gələnlərdir. 

Digər bölgələr üzrə göstəricilər:

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.  /Koronavirusinfo.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!