Dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, yoluxma hallarının sayı 308 473 nəfərdir.
Hazırda sağalanlar 95 828 nəfər, ölənlərin sayı isə 13 069 nəfərdir. Marqarita pizza
Ən çox yoluxma Çində qeydə alınıb - 81 054 nəfər. İkinci yeri İtaliya (53 578), üçüncü yerdə isə ABŞ (26 888) qərarlaşıb.
Koronavirusa görə ən ağır vəziyyətin mövcud olduğu ölkələrin sırasına İspaniya (25 496), Almaniya (22 364), İran (20 610), Fransa (14 459), Cənubi Koreya (8 897) və Böyük Britaniya (5 018) daxildir.
Telegram kanalımız