Ermənistanda koronavirusa yoluxanların sayı günbəgün artır. Ölkədə gündəlik yoluxma sayı 500 nəfəri keçib.
Yenisabah.az xəbər verir ki, son gün ərzində Ermənistanda 532 nəfərdə koronavirus faktı aşkarlanıb. Bu günədək 51 382 nəfərə COVID-19 diaqnozu qoyulub.
Xəstələrdən 3 nəfər virus səbəbilə həyatını itirib. Beləliklə, ölənlərin ümumi sayı 966-a çatıb. Hazırda Ermənistanda 6 010 nəfər aktiv virus daşıyıcısıdır.
Telegram kanalımız