Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi - Foto

Dünya

26 May 2020 20:23 951


Koronavirusa yoluxduğu deyilən Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün Covid-19-la mübarizə üzrə Operativ qərargahın iclasını keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.

“Bayramdan sonra operativ qərargahın iclasında məsul şəxslərin məruzələrini dinlədim. Ümumilikdə xəstəxanalarda, o cümlədən regionun iqtisadiyyatında vəziyyət stabildir. Biz artıq koronavirusla mübarizə haqda kifayət qədər faydalı məlumat toplamışıq. Əminəm ki, tezliklə regionda, həmçinin, bütün Rusiyada vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə Kadırov yazıb. Pepperoni pizza

Kadırovun köməkçisi Əhməd Dudayev “TASS”a açıqlamasında onun səhhəti ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib: “Ramzan Əhmədoviç operativ qərargahın iclasını özü aparıb. O, çox yaxşı əhvaldadır, sağlamdır və özünü əla hiss edir. Onun səhhəti ilə bağlı hər hansı narahatlığa əsas görmürük”.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!