Koronavirusa yoluxmamaq üçün... -   Çindən gələn karqolar təhlükə mənbəyidir?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxmamaq üçün... - Çindən gələn karqolar təhlükə mənbəyidir?

Sağlamlıq

28 Yanvar 2020 10:08 1101


Çində ortaya çıxan koronavirus təhlükəsi artıq 18-dən çox ölkəyə yayılıb.

Xəstəliyin ölkəmizə də gəlməsi ehtimalı yüksəkdir. İnsanları ən çox maraqlandıran suallardan biri isə bu dəhşətli virusun Çindən gələn karqolar vasitəsilə yoluxmaq ehtimalının olub-olmamasıdır. 

“Yeni Sabah” bildirir ki, bu barədə danışan İstanbul Tibb fakültəsi, İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya şöbəsinin sədri, prof. dr. Haluk Eraksoy koronavirusların poçt bağlamaları ilə yoluxma ehtimalının çox az olduğunu deyib. Toyuqlu pizza

Professorun sözlərinə görə, koronaviruslar da digər viruslar kimi, fəaliyyətlərini yalnız insanların və ya heyvanların canlı hüceyrələri daxilində davam etdirə bilirlər:

“Viruslar quru mühitdə çox qısa müddət ərzində fəaliyyətlərini itirirlər. Buna görə koronaviruslar nəmsiz və cansız cisimlərin səthində yaşaya bilməzlər”.

H.Eraksoy bildirib ki, hər hansı poçt bağlamasının koronavirusa yoluxmuş insanın tüpürcəyinə məruz qaldığından şübhələnildikdə onu adi xlorla təmizləmək olar. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!