Koronavirusa yoluxmuş Qurban Qurbanovdan yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxmuş Qurban Qurbanovdan yeni xəbər

İdman

14 Dekabr 2020 19:09 995


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun sonuncu koronavirus testinin cavabı mənfi olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, 48 yaşlı mütəxəssis karantin müddətini tamamlamadığı üçün komandanı məşqlərə çıxara bilmir: "Onun testi neqativdir və hazırda özünü yaxşı hiss edir". Pepperoni pizza

Çəlikəl Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçdan əvvəl koronavirus aşkarlanan Abbas Hüseynovun hələ İstanbulda olduğunu söyləyib: "O da karantin müddəti başa çatandan sonra test verəcək və mənfi olacağı təqdirdə, Bakıya qayıdacaq".

Klub rəsmi komandada yeni yoluxma halının aşkarlanmadığını, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emrelinin təcrid olunduqlarını vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!