Koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olan ÜST rəhbərindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olan ÜST rəhbərindən AÇIQLAMA

Dünya

02 Noyabr 2020 10:00 839


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə ünsiyyətdən sonra özünü təcrid edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

Baş direktorun sözlərinə görə, onun ünsiyyətdə olduğu şəxsin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. “Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq özümü təcrid edəcəyəm və evdən işləmək niyyətindəyəm”, - ÜST-ün rəhbəri yazıb. Marqarita pizza

O, həmçinin koronavirusun yayılmasına qarşı mübarizə üçün bütün tələbləri dəqiq şəkildə yerinə yetirməyin zəruriliyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!