Koronavirusdan 2022-ci ildən tez qurtula bilməyəcəyik   – Bədbin proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan 2022-ci ildən tez qurtula bilməyəcəyik – Bədbin proqnoz

Sosial

15 Aprel 2020 16:14 1050


Sosial məsafənin 2022-ci ilədək davam etməsinə ehtiyac olduğu barədə fikirlər ortaya çıxıb. Bu barədə ABŞ-da araşdırma aparılıb. 

Yenisabah.az xəbər verir ki, Harvard Universitetində çalışan elm adamlarının bu araşdırması "Science" jurnalında dərc edilib. Elm adamları hesab edirlər ki, COVİD-19 daha yoluxucu ola bilir. Onların sözlərinə görə, 2022-ci ilədək xəstəxanaların dolub daşmasının qarşısını almaq üçün sosial məsafəni vaxtaşırı təkrarlamaq lazımdır, çünki bir dəfəyə məxsus təcrid olunma virusun qarşısını ala bilməyəcək. Tədqiqat qrupunun lideri Stefan Kissler məsələ ilə bağlı bu ifadələri işlədib: 

"ABŞ-da SARS CoV-2 virusunu reanimasiya hüdudları daxilində saxlamaq üçün birdəfəlik sosial məsafə tədbirlərinin yetərli olmadığını gördük. Hazırda isə digər müalicə formalarının yoxluğunda zəruri olan fasilələrlə sosial məsafə tətbiq olunmalıdır".  Dördpendirli pizza

Bildirək ki, dünyada 2 milyondan çox insanın yoluxduğu Koronavirus ən çox ABŞ-da yayılıb. Hazırda ABŞ-da 614 min 246 nəfər COVİD-19 səbəbilə qeydiyyata alınıb. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!