“Koronavirusdan evdə müalicə yalnız həkim nəzarətində mümkündür”   - Professor

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusdan evdə müalicə yalnız həkim nəzarətində mümkündür” - Professor

Sağlamlıq

25 İyun 2020 13:36 958


Son zamanlar insanlarda koronavirusla əlaqədar xof yaranıb. Virusa yoluxan şəxslərin bir qismi xəstəxanalarda onlara xüsusi diqqətin ayrılmamasından və ya infeksiya daşıyıcıları arasında vəziyyətlərinin daha da pisləşməsindən qorxaraq evdə müalicə olunmağa cəhd edir. 

Lakin əksəriyyət bu müalicəni necə həyata keçirməli olduqlarını tam şəkildə bilmirlər. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizdə heç evdə müalicə alaraq sağalma təcrübəsi də yoxdur. Maraqlıdır, hansı halda xəstə evdə müalicə oluna bilər? Evdə müalicə olunan şəxslərə həkim, tibb bacısı ayrılırmı? Onlar hansı dərmanlardan istifadə etməlidirlər? 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, indiyədək bu məsələ ilə bağlı xüsusi təlimata rast gəlməyib: “Bütün evdə müalicə olunanlara deyirlər ki, öz hesabınıza gedib müalicə alın. Belə olmaz. Evdə müalicə çox ciddi məsələdir. Buna xüsusi nəzarət olmalıdır. Qərargahlar yaradılmalıdır. Sahə həkimləri necə fəaliyyət göstərirsə, o qaydaya uyğun olmalıdır. Evdə müalicə yalnız həkim nəzarətində mümkündür. Özbaşına evdə müalicədən söhbət belə gedə bilməz. Amma təəssüf ki, bizdə məsələ başqa cürdür. Evdə müalicə alan şəxsin dərmanlarını onun vəziyyətinə uyğun olaraq həkim yazmalıdır. Hazırda bu istiqamətdə vətəndaşların şikayətləri var. Şəxs virus olduğunu bilən kimi dərhal həkimə müraciət etməlidir”.  pizza sifarişi

Qeyd edək ki, Avropada evdə müalicə təcrübəsi mövcuddur. Bu barədə mətbuata açıqlama verən şəxslərin bir neçəsi bildirib ki, həmin proses həkim nəzarətində həyata keçirilib. Həkim onlara qəti şəkildə evdən çıxmamağı, ailə daxilində belə məsafəni qorumağı, təmizlik və dezinfeksiya qaydalarına riayət etməyi, B, C və D vitamini qəbul etməyi, antibiotiklərdən qəti şəkildə uzaq durmağı tövsiyyə edib. 

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!