Koronavirusdan ölən ermənilərin orqanları xaricə satılır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan ölən ermənilərin orqanları xaricə satılır

Dünya

01 Aprel 2020 16:08 780


Koronavirusdan ölən Ermənistan vətəndaşlarının orqanları ticarət məqsədilə xarici ölkələrə çıxarılır. 

Yenisabah.az Rezident.az İnformasiya Platformasına istinadən xəbər verir ki, bu barərdə “PARATSELSUS” qeyri-hökümət təşkilatının rəhbəri və təsisçisi Nune Nersesyan aprelin 1-də keçirdiyi mətbuat konfransında məlumat verib. 

“Bizdə çoxdandır ki, hökümət səviyyəsində orqan ticarəti haqqında söhbətlər gedir. Baxın, AİDS və vərəm də yoluxucu xəstəliklərdir və kifayət qədər də təhlükəli xəstəliklərdir, lakin nədənsə bu xəstəliklərdən ölənlər otopsiyadan (yarıldıqdan) sonra açıq şəkildə cəsədin yaxınlarına təhvil verildiyi halda koronavirusdan ölənlər qapalı tabutlarda basdırılır. Burada gizli məqamlar var, hansı ki, bizim hakimiyyət (Ermənistan höküməti) bizdən gizlədir” - deyə Nersesyan ictimaiyyətə müraciət edib. Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!