Koronavirusdan ölənlər bu adada dəfn olunacaq - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan ölənlər bu adada dəfn olunacaq - Fotolar

Dünya

07 Aprel 2020 22:58 1153


ABŞ-da koronavirus pandemiyası səbəbindən ölənlərin sayı artmaqdadır.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq bu səbəbdən 3 485 nəfərin dünyasını dəyişdiyi Nyu-Yorkda morqlarda yer qalmayıb.

Şəhər rəhbərliyindən dünən edilən açıqlamada ölülər üçün yer çatışmazlığı səbəbindən onların müvəqqəti olaraq parklarda toplu şəkildə basdırılacağını bildirilmişdi. pizza sifarişi

İnsanların buna etriaz etməsindən sonra ölülərin parklarda yox, Nyu-York şəhərinin yaxınlığında yerləşən Hart adasında basdırılması qərara alınıb.

Artıq bu məqsədlə həmin adada müvəqqəti qəbirlərin qazılmasına başlanılıb. Qeyd edək ki, bu adada 1918-ci ildə yayılan İspan qripi səbəbindən ölənlər də toplu şəkildə dəfn olunmuşdu.

Eyni zamanda Hart adası müxtəlif müharibə dövrlərində raket sahəsi və həbsxana məqsədi ilə istifadə olunub. /Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!