Tanınmış həkim-psixoterapevt, əvvəllər AzTV telekanalında "Ailə həkimi" verilişinin aparıcısı Əli Nağıyev koronavirusla bağlı danışıb.
Yenisabah.az xəbər verir ki, həkim vətəndaşlara təşvişə düşməməyi tövsiyə edib:
"Mən məcburam bir məqamı sizinlə paylaşım. Koronavirusla bağlı fikirlər, yayılan " WhatsApp" mesajları haqqında mənə deyirlər ki, fikirlərimi bildirim. Açığı, koronavirusla bağlı çox qorxulu məlumatlar yayılır.
Bu qorxu özü daha çox öldürmə qabiliyyətinə malikdir, nəinki virusun özü. Koronavirus adi qrip viruslarının bir növüdür ki, ağciyəri zədələmə ehtimalı var. Ehtimalı var, bu o demək deyil ki, o mütləq ağciyəri zədələyir. Hər xəstədə bu olmur. Koronavirusdan ölmə faizi bugünkü statistikaya görə dünyada qripdən ölənlənlərin faizindən elə də çox deyil. Özünüzə bu qədər psixoloji əziyyət verməyin.
Koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. İmmuniteti güclü olan heç kəs bundan ölmür. 80 minə yaxın virusa yoluxanların ortalama 2 mini ölübsə, bu çox da böyük faiz deyil. Bunu nəzərə alın. Bizim ölüm tariximizi koronavirus yox, Allah müəyyənləşdirir. Bu qədər də qorxuya, xofa düşməyin heç bir məntiqi yoxdur".
//ok.ru/videoembed/1586779916906
Telegram kanalımız