Türkiyəli professor Canan Karatay koronavirusdan qorunmaq istəyənlər üçün tövsiyələrini açıqlayıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Karatay bu virusa yoluxmamaq üçün immuniteti gücləndirməyin vacib olduğunu bildirib:
“Texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, viruslardan tamamilə xilas ola bilməmişik. Onlar hər il formalarını, rənglərini dəyişdirərək qarşımıza çıxırlar. İmmunitetinizi gücləndirmək üçün evdə hazırlanmış qatıq, sirkə, turşu, qaya duzu, kələm, brokkoli, gül kələm və turp yeməlisiniz". pizza hut
C.Karatay qablaşdırılmış, konservləşdirilmiş məhsullardan istifadə etməməyi məsləhət görüb:
“Qablaşdırmada olan heç nəyi yeməyin. Şəkərli və qazlı içkilərdən uzaq durum. Hər səhər kənd yumurtası yeyin. Kərə yağından istifadə edin”.
O, həmçinin bol miqdarda qoz, fındıq yeməyi də tövsiyə edib.
Telegram kanalımız