Koronavirusdan sağalan Boris Conson növbəti dəfə ata oldu

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalan Boris Conson növbəti dəfə ata oldu

Dünya

29 Aprel 2020 14:27 923


Böyük Britaniyanın Baş Naziri Boris Conson növbəti dəfə ata olub.

Yenisabah.az xarici mediaya istinadən bildirir ki, onun övladı bu gün səhər saatlarında dünyaya gəlib.

Baş nazirin ötən ilin sonunda nişanlandığı Kerri Simonds oğlan övlad dünyaya gətirib. pizza mizza

B.Conson ilk dəfə 1987-ci ildə Allegra Ovenlə evlənib. Cütlük 1993-cü ildə B. Consonun Marina Wheelerlə münasibətinin ortaya çıxmasından sonra boşanıb. Elə bundan 12 gün sonra B. Conson M. Wheelerlə ailə qurub. Dörd övladı olan cütlük 2018-ci ildə ayrılıb. Borisin nigahdan kənar Stefani adlı başqa bir qızı daha var.

Xatırladaq ki, Boris Conson koronavirusa yoluxsa da, bir neçə gün öncə onun xəstəliyi məğlub etdiyi və səhhətinin yaxşı olduğu açıqlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!