Koronavirusdan sağalan qadın intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalan qadın intihar etdi

Kriminal

14 May 2020 10:35 1285


Rusiya Federasiyası Svatropol vilayətində koronavirusdan sağalan qadın müalicə aldığı xəstəxanada intihar edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Vladimirov sosial şəbəkədə yazıb. 

Qubernatorun sözlərinə görə, qadının cəsədi xəstəxanada xidməti yoxlama aparılarkən aşkar edilib.  Dominos pizza

"Koronavirusa yoluxan və bizim vilayətin xəstəxanalarından birində müalicə alan yaşlı qadın intihar edib. Hadisə xəstəxananın ərazisində baş veirb. Hadisənin təfərrüatları araşdılır. Həmçinin müalicə müəssisəində xidməti yoxlama aparılıb”, - deyə Vladimir Vladimir bildirib.

O əlavə edib ki, koronavirusa qarşı lazımi müalicəni alan qadın yaxın günlərdə evə buraxılacaqmış. İntiharın səbəbinə gəlincə, qubernator deyib ki, hadisə qadının ailə problemlərilə əlaqəlidir. 

Koronavirus pandemiyası başlayandan Stavropol vilayətində 1 176 nəfər infeksiyaya yoluxub. Onlardan 386 nəfəri sağalaraq evə buraxılıb, 21 nəfər isə ölüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!