Çinin Vuhan şəhərində meydana çıxan koronavirusla bağlı ilk xəbəri hazırlayan çinli jurnalist Zanq Zan dörd il həbs cəzasına məhkum edilib.
Yenisabah.az xəbər verir ki, keçmiş vəkil olan 37 yaşlı jurnalist may ayında nəzarətə götürülüb və aylardır aclıq aksiyası keçirir. Onun vəkilləri səhhətinin pisləşdiyini diqqətə çatdırıb. Bu gün səhər saatlarında vəkilləri ilə birlikdə Şanxay məhkəməsinə gətirilib. O, xarici KİV-ə müsahibə vermək və virus haqqında "pis niyyətlə xəbər yaymaq"da təqsirləndirilərək həbs edilib.
Bildirək ki, Zanqla yanaşı üç çinli jurnalist də koronavirusla bağlı xəbər hazırladıqları üçün çətinliklərlə üzləşir. Toyuqlu pizza
Telegram kanalımız