Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

Dünya

04 İyul 2020 20:59 1444


Sinqapurda cəmi yeddi ay ərzində 14 mindən çox insan denqe xəstəliyinə yoluxub. Bu göstəricilərə görə hökumət ölkə tarixində ən böyük qızdırma xəstəliyinə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Straits Times” xəbər yayıb.

Sinqapur Milli Ətraf Mühit Agentliyi bu il yoluxanların ümumi sayının 22 mini keçəcəyini proqnozlaşdırırlar. pizza

Həkimlər xəstəliyin yayılmasını qismən koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlərlə əlaqələndirirlər. Xüsusilə, söhbət insanların evdə qalmasından və ağcaqanadların (denqe daşıyıcılarının) onları daha çox sancmasından gedir.

Denge qızdırması intoksikasiya, əzələlərdə və oynaqlarda ağrı, səpki yaradan, limfa düyünlərinin artmasına səbəb olan kəskin virus xəstəliyidir. Hər il 20 minə qədər insan bu xəstəlikdən ölür.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!