Koronavirusla əlaqədar növbəti reyd keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla əlaqədar növbəti reyd keçirilib

Kriminal

16 Oktyabr 2020 16:12 886


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunları hərbi qulluqçuları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə, xüsusilə də əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktik reydləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən reyd zamanı mağazalarda, eləcə də digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlanıb və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Daha sonra reyd ictimai nəqliyyatda da davam etdirilib. Sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparılıb, virusun yayılmasının qarşısının alınması üçün tələblərə riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb. pizza hut

Rayon ərazisində sakinlər tərəfindən karantin qaydalarına riayət olunması məqsədilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!