“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov anlamlı təklif irəli sürüb.
Yenisabah.az xəbər verir ki, təşkilat sədri koronavirusla mübarizə aparan həkimlərin mükafatlandırılmasını təklif edib:
"Bu gün insanlığın düşməni olan yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə yüzlərlə könüllü həkimlər və tibb bacısı həyatlarını riskə ataraq qəhrəmanlıq səlnaməsi yazırlar. Artıq hər birimiz üçün aydındır ki, bu mübarizədə ön cəbhədə olan həkimlər və tibb bacıları, hər an gözə görünməz düşmən tərəfindən yolxulma təhlükəsi ilə üz-üzədir. Hökumətimizə təklif edirəm ki, könüllü olaraq həyatlarını riskə atan həkimlər və tibb bacıları üçün fərqləndirici diplomlar və medallar təsis edilsin". Sezar pizza
Telegram kanalımız