Dünya ulduzu Madonna da koronavirusla mübarizəyə qoşulub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, o, koronavirusun qarşısını almaq üçün dərman axtaran “Bill & Melinda Gates Foundation” fonduna 1 milyon dollar bağışlayıb.
61 yaşlı Madonna infeksiya ilə mübarizə aparan tibb işçilərinə və alimlərə minnətdarlığını bildirib. Marqarita pizza
Qeyd edək ki, Madonnanın 2019-cu ilin may ayında İsraildə keçirilmiş Avroviziya yarışmasında səsləndirdiyi “Gələcək” adlanan mahnısında koronavirusa işarə olduğu deyilirdi. Müşahidəçilərin fikrincə qara qiyafədə başına tac qoyaraq oxuyan Madonna bu gün dünyanı təlatümə salan koronavirusa işarə edib.
Telegram kanalımız