“Koronavirusla mübarizəyə vaxtında pul xərcləmək lazımıydı”   – Bill Qeyts

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusla mübarizəyə vaxtında pul xərcləmək lazımıydı” – Bill Qeyts

Dünya

01 May 2020 09:44 889


Dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts koronavirusla mübarizəni qənaətbəxş hesab etmir.

Yenisabah.az xəbər verir ki, məşhur milyarder dünya ölkələrini vaxtında profilaktik tədbirlər görməməkdə suçlayıb: “Yanvar və fevral aylarında insanlar koronavirus testindən keçsəydi, ölü sayı bu qədər çox olmazdı”.

Microsoftun qurucusu olan Qeyts koronavirus infeksiyası ilə mübarizədə nəticə əldə etmək üçün milyardlarla dollar xərclənməli olduğunu vurğulayıb: “Bu, çox da böyük vəsait deyil. Bir neçə milyard dollar ABŞ-ın hərbi büdcəsinin cəmi 5 faizi deməkdir. Bu pulu vaxtında xərcləyib, sağlam təməl hazırlansaydı, virusla mübarizədə daha effektiv nəticə əldə etmək olardı”. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!