Vyetnamda bir nəfər ciddi karantin qaydalarını pozduğuna və koronavirusu yaydığına görə 5 il həbs cəzasına məhkum edilib.
Yenisabah.az Vyetnam dövlət xəbər agentliyinə (VNA) istinadla xəbər verir ki, 28 yaşlı Le Van Tri ölkənin cənubundakı Kamau əyalətinin Xalq Məhkəməsi tərəfindən "təhlükəli yoluxucu xəstəliklərin yayılmasında" təqsirkar bilinib.
Hoşimin şəhərindən qayıtdıqdan sonra o, 21 günlük karantin qaydalarını pozib və 8 nəfəri virusa yoluxduruib. Pepperoni pizza
Xəstələrdən biri biraylıq müalicədən sonra dünyasını dəyişib.
Vyetnamın ən cənub əyaləti olan Kamauda pandemiyanın başlanmasından bu yana cəmi 191 yoluxma və 2 ölüm qeydə alınıb.
Hoşimin şəhərində isə 260 min yoluxma və 10.685 ölüm hadisəsi müəyyən edilib.
Ölkə eyni ittihamla daha 2 nəfər 18 ay və 2 il şərti həbs cəzasına məhkum edilib.
Telegram kanalımız