Koronavirusun 3 növü müəyyən edildi - Hansı ölkələrdə vəziyyət ağır olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun 3 növü müəyyən edildi - Hansı ölkələrdə vəziyyət ağır olacaq?

Dünya

11 Aprel 2020 12:37 1065


Böyük Britaniyanın Kembric Universitetinin alimlərinin tədqiqatları nəticəsində COVID-19-un üç növünün olduğu anlaşılıb.

Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, alimlərin fikrincə davamlı olaraq mutasiya keçirən virusun indiyə qədər - A, B, C növləri yaranıb.

Koronavirusun heyvanlardan insanlara ötürülən orijinal forması, yəni A tipi hazırda ABŞ və Avstraliyada yayılıb. Toyuqlu pizza

Mütəxəssislərin fikrincə, Çində epidemiyanın pik nöqtəyə çatdığı vaxt (Yanvar ayında) virusun B versiyası yayılmağa başlayıb. B tipi daha sonra Almaniya, Fransa, Belçika, Niderland və İsveçrədə yayılıb.

B növündən törəyən C tipi isə Sinqapurda peyda olub. C tip virus daha sonra Sinqapurdan bir sıra Avropa ölkəsinə yayılıb. Buna baxmayaraq, Avropada ən çox müşahidə edilən virus B tiplidir.

Alimlər virusun orijinal formasının daha az ölümcül olduğunu, hər yeni versiyada onun gücünün daha da artdığını vurğulayırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!