Cənubi Koreyada koronavirus testinin 20 dəqiqə ərzində aparılacağı reagent hazırlanıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, reagent Tequ Elm və Texnologiyalar İnstitutu tərəfindən ərsəyə gətirilib. Artıq bu texnologiyanın istehsalına başlanılıb.
Koronavirus infeksiyasının köhnə analiz metodu 4-6 saat çəkirdi. Bundan başqa, köhnə reagentin istahsalı üçün 41 dollarlıq avadanlıqdan istifadə edilirdi. pizza
Mürəkkəb temperatur rejimi olmadan testin aparıla biləcəyi yeni reagentin əldə edilməsi üçün lazım olanavadanlığın qiyməti isə 826 dollardır.
Məlumatda bildirilir ki, artıq 120-dən çox dövlət Cənubi Koreyadan yeni analiz dəstini sifariş edib. Cənubi Koreya ilkin etapda analiz vaxtını iki gündən altı saata qədər azaldıb və indiyə qədər gündə 10-20 min analiz apararaq testlərin sayını 477 minə çatdırıb.
Telegram kanalımız