Koronavirusun daha bir simptomu üzə çıxdı – Gözünüzə diqqət edin!

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha bir simptomu üzə çıxdı – Gözünüzə diqqət edin!

Sağlamlıq

30 Mart 2020 11:57 1012


Koronavirusun bu günə qədər bilinməyən yeni simptomu aşkar edilib.

Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ-ın Oftalmologiya Akademiyası məlumat yayıb.

Məlumata görə aparılan araşdırmaların nəticələri göstərib ki, koronavirusa yoluxmuş hər 30 xəstədən birində konyunktivit (gözdə iltihablı axıntı, “çəhrayı göz”) müşahidə olunur. Araşdırma çərçivəsində 1099 xəstədən 19-da “çəhrayı göz” konyunktiviti müəyyən olunub. Buna görə də Akademiya konyunktivitin koronavirusun əlaməti kimi nəzərə alınmalı olduğunu xüsusi vurğulayır. pizza mizza

Konyunktivitlə yanaşı, bədəndə hərarət və nəfəs almaqda çətinlik simptomlarından əziyyət çəkənlərin ən qısa müddətdə həkimə müraciət etmələri tövsiyə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!