Koronavirusun daha dəhşətli növü yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha dəhşətli növü yayıldı

Dünya

24 Dekabr 2020 09:08 767


Böyük Britaniyada koronavirusun mutasiya edilmiş daha bir variantı aşkarlanıb.

Bu barədə krallığın Səhiyyə naziri Mett Henkok bildirib. "Bu, daha yoluxucu virusdur və görünür, yeni virusdan daha çox mutasiya edib", - məmur jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, mütəxəssislər iki yoluxma halını qeydə alıblar. O, vurğulayıb ki, hər iki pasiyent Cənubi Afrika Respublikasından (CAR) gəlib. pizza mizza

London Cənubi Afrika ölkəsinə səfərlərə məhdudiyyətlər, iki həftəlik icbari karantin tətbiq edib.

Daha əvvəl – dekabrın 14-də Mett Henkok İngiltərənin şərqində koronavirusun yeni növünün aşkar edilməsi haqqında bildirib. Onun sözlərinə görə, bu növ 70 faiz daha çox yoluxucudur.

Qeyd edək ki, alimlər hələ xəstəliyin həmin növünün daha çox öldürücü və ya ağırlaşdırıcı olmasını təsdiq edən sübutlar tapmayıblar. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!