Koronavirusun əsas simptomları dəyişib

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun əsas simptomları dəyişib

Dünya

29 Sentyabr 2021 07:53 909


Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlar daha tez -tez rast gəlinir.

Bu sözləri rusiyalı epidemioloq Xədicət Ömərova deyib:

“Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə... mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır”. pizza sifarişi

Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər.

Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Ömərova bunun COVID-19 mutasiyalarından qaynaqlandığını qeyd edib.

Xəstəliyin fonunda sistemli iltihab və mikrosirkulyasiya pozğunluğu səbəbindən mədə-bağırsaq mukozasının keçiriciliyinin artması müşahidə olunur.

Alimlər mədə-bağırsaq traktının tənəffüs sistemi ilə birlikdə koronavirusun “giriş qapısı” kimi xidmət edə biləcəyi hipotezini nəzərdən keçirirlər. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!