Koronavirusun ilk əlaməti qızdırma deyil

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun ilk əlaməti qızdırma deyil

Sağlamlıq

04 Mart 2020 07:30 3308


Çin koronavirusunun erkən əlaməti heç də qızdırma deyil. Virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər. "Yeni Sabah" Medicina.az-a istinadən xəbər verir ki, virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər. Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması. Həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildirib. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!