Koronavirusun karantin müddəti uzadılacaq

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun karantin müddəti uzadılacaq

Sağlamlıq

22 Fevral 2020 12:52 2682


Koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayılıb. "Yeni Sabah" xarici KİV-lərə istinadən xəbər verir ki, virusun 1 ay yaxın müddətdə inkubasiya dövrünü yaşaya biləcəyi üzə çıxıb. Belə ki, Çinin Hubey əyalətində 70 yaşlı kişinin koronavirusa yoluxduğu düz 27 sonra bəlli olub. O, bu il yanvarın 24-də avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə təmasda olduğu üçün koronavirusa yoluxub. Ancaq ona koronavirus diaqnozu fevralın 20-də qoyulub. Xatırladaq ki, Çində və digər ölkələrdə insanların koronavirusa yoluxub-yoluxmadığını müəyyənləşdirmək üçün 14 günlük karantin müddəti təyin edilirdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!