“Koronavirusun müalicəsi yaxın vaxtlarda mümkün olacaq”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusun müalicəsi yaxın vaxtlarda mümkün olacaq” - Deputat

Siyasət

18 Mart 2020 16:28 828


“Koronavirus çox təhlükəli infeksiyadır və hər kəs vəziyyətin ciddliyinin başa düşməlidir. Panikaya ehtiyac yoxdur, amma laqeydlik də olmaz. Virusun xarakteri elədir ki, hava-damcı yolu ilə yayılır. Bu virusun daşıyıcısı olan adam qısa müddət ərzində 200 nəfəri yoluxdura bilər. Ən təhlükəlisi də odur ki, bu, inkubasiya dövrü uzun, yəni 2-4 həftəyədək davam edən virusdur. Bu dövrdə də çox insan yoluxa bilər. Bu virusdan qorunmağın ən məqbul yolu izoliyasiyadır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında deputat Musa Quliyev deyib. O, zərurət olmadığı halda insanlara çölə çıxmamağı tövsiyə edib: “Amma bu da tam mümkün deyil. Kiminsə vacib işi var, təxirə sala bilmir, kimsə dərman və ya çörək almağa getməlidir. Bu vaxt özünüqoruma tədbirləri həyata keçirilməlidir. Hamı bir-birilə bir neçə metr məsafədə dayanmalıdır. Evdən işə, işdən evə gedilən zaman çalışın əllərinizi dezinfeksiyaedici məhlullarla yuyun. Artıq bütün iş yerlərinin girəcəyində bu məhlullar qoyulub. Yüngül qızdırma və ya titrəmə, burun axıntısı hiss edən hər kəs evində oturub, təcili yardımı çağırmalıdır. Təcili yardım həkimləri həm ondan yaxma götürəcəklər, həm də cəmi 6 saat ərzində onun virus daşıyıcı olub-olmadığınız ortaya çıxacaq. Həmçinin onlara lazımi məsləhətlər verilir, müalicə olunurlar. Yəni adi soyuq dəymədir, keçib gedər demək indiki dövr üçün çox təhlükəlidir. İnsanlar tanımadıqları şəxslərlə imkan daxilində kontaktı kəsməlidirlər”.

Baş Nazirin tabeliyində Operatiov Qərargahın fəaliyyət göstərdiyini xatırladan Musa Quliyev insanları sözügedən qərargahın təlimatlarına əməl etməyə səsləyib: “Hesab edirəm ki, bütün marketlərdə, mağazalarda, apteklərdə, iş yerlərində, ictimai nəqliyyat vasitələrində bu təlimatlar yazılıb asılmalıdır. Televiziyalarda tez-tez bu qaydalar yada salınmalıdır. Əgər biz ölüm-itimin az olmasını istəyiriksə, hökümətin gördüyü işlərlə vətəndaşın gördüyü işlər üst-üstə düşməlidir. Virusun mənşəyi məlumdur, davranışı məlumdur. Yalnız bunun müalicəsinə birbaşa təsir göstərən peyvənd və ya preparat mövcud deyil. Lakin yaxın vaxtlarda bu da tapılacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın əhaliyə müraciəti oldu. Orada çox xoşuma gələn bir ifadə var ki, virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq, biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”. pizza hut

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!