İlk dəfə İngiltərədə görülən koronavirusun mutasiyaya uğrayan yeni növü İtaliyada da aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. Məlumata görə, “B.1.1.7 SARS-CoV-2” adlanan virusun daşıyıcısı olan şəxs ölkəyə İngiltərədən gəlib. Bu səbəblə İngiltərəyə uçuşlar yanvarın 6-dək təxirə salınıb.
Qeyd edək ki, hadisədən dərhal sonra xəstə ilə birlikdə Romaya uçan təyyarədə olan bütün sərnişinlər karantin altına alınıb. Dördpendirli pizza
Telegram kanalımız