Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi

Sosial

29 Mart 2020 07:29 1220


Beynəlxalq alimlər qrupu koronavirusun orqanizmdə qalma müddətini müəyyən etmək üçün Pekin Tibb Mərkəzində tədqiqatlar aparıb.

Elmi işin nəticələri “ATSJournals” nəşrində dərc olunub.

Aparılan tədqiqatdan sonra həkimlər qənaətə gəliblər ki, virus COVID-19-dan sağalananların yarısının orqanizmində hətta simptomlar yoxa çıxdıqdan sonra 1-8 gün ərzində qalıb. pizza hut

Buna görə də, alimlər koronavirus infeksiyasından sağalanların karantin müddətinin bir və ya iki həftə uzatmaq lazım olduğunu düşünürlər.

Mütəxəssislər orta yaş həddi 35,5 olan 16 xəstənin məlumatlarını təhlil ediblər. Onlar  28 yanvar-9 fevral tarixində müalicə keçiblər. Hazırda hamısı sağalıb və mənfi virus statusuna malikdirlər. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!