Koronavirusa pandemiyasının meydana gəldiyi Çinin Vuhan vilayətində bu gündən etibarən karantin rejimi ləğv olunub.
Yenisabah.az xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyası tərəfindən verilən açıqlamada ilk dəfə 24 saat ərzində ölkədə ölüm hadisəsinin qeydə alınmadığı deyilib. Rəhbərıik 11 milyon insanın yaşadığı Vuhanda artıq insanların icazə almadan bayıra çıxa biləcəklərini qeyd edib. Komissiya eyni zamanda son olaraq 32 nəfərin virusa yoluxduğunu açıqlayıb. Beləliklə , virus daşıyıcısı kimi qeydiyyata alınanların sayı 81 min 740 nəfərə çatıb. Lakin daha 89 nəfər isə müalicədən sonra sağalıb.
Qeyd edək ki, Vuhanda karantin 76 gündür ki davam edir və nəhayət, Çin hökuməti pandemiyanı nəzarət altına almağı bacardı. Dominos pizza
Telegram kanalımız