Koronovirus haqda son xəbər: 59 min nəfər sağalıb

saytların hazırlanması

Evə çatdırılma

Koronovirus haqda son xəbər: 59 min nəfər sağalıb

Dünya

06 Mart 2020 16:39 1261


Bu günə qədər dünya üzrə 100 min 242 nəfər koronavirusa yoluxub. 

Yenisabah.az xəbər verir ki, onlardan 59 min 394 nəfəri sağalaraq xəstəxanalrdan evə buraxılıb. Virusa yoluxan 40 min 848 nəfərdən 6280 nəfərinin vəziyyəti kritik hesab edilir. 

Qalan 34 min 568 nəfərin vəziyyəti isə orta hesab edilir. Koronavirusdan ölənlərin sayına gəlincə, onların 3402 nəfərdir. Toyuqlu pizza

Virusa ən çox yoluxanlar Çindədir. Ölüm hallarının da 90 faizi Çinin payına düşür. Bu ölkədə 3072 nəfər koronavirsudan dünyasını dəyişib.

Sonrakı sırada Cənubi Koreya gəlir. Cənubi Koreyada 6593 nəfər virusa yoluxub. Onlardan 135 nəfəri sağalıb. Ölənlərin sayı isə 42 nəfərdir.

Koronovirusun geniş yayıldığı ölkələrdən biri də İrandır. Bu ölkədə 4747 nəfər virusa yoluxub.  Onlardan 913 nəfəri sağalıb, 124 nəfər isə dünyasını dəyişib.

İrandan sonra İtaliya gəlir. İtaliyada 3858 nəfər koronavirusa yoluxub, onlardan 414 nəfəri sağalıb, 148 nəfəri isə həyata qaytarmaq mümkün olmayıb.

Azərbaycanda isə bu virusa 6 nəfərin yoluxduğu bildirilir. Ölüm halı yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!